Nigeriyada girov götürülən 35 nəfər xilas edilib

Nigeriyanın Kaduna əyalətində silahlı dəstələr tərəfindən girov götürülən 35 nəfər xilas edilib.

1867729
Nigeriyada girov götürülən 35 nəfər xilas edilib

TRT xəbər verir ki, bu barədə Kaduna əyalətinin daxili təhlükəsizlik və daxili işlər komissarı Samuel Aruvan məlumat yayıb. Bildirib ki, əyalətin Sabon Gero ərazisində silahlı şəxslərə qarşı həyata keçirilən geniş miqyaslı əməliyyatlar nəticəsində girov götürülən 35 uşaq və qadın xilas edilib. Silahlı dəstələrin çox sayda üzvü zərərsizləşdirilib. Onlara məxsu silah-sursat və neçə ədəd motosiklet ələ keçirilib.

Girovların nə vaxt oğurlandıqları ilə bağlı konkret məlumat yoxdur.

Qeyd edək ki, Nigeriyada adam oğurlamağın cəzasının ölüm olmasına və fidyə ödənməsinin qadağan edilməsinə baxmayaraq fidyə müqabilində adam oğurluğu artaraq davam edir.



Әlaqәli Xәbәrlәr