Nigeriyada daşqınlar: 50 nəfər ölüb

Nigeriyanın Jiqava əyalətində davam edən leysan yağışların səbəb olduğu daşqınlarda 50 nəfər həyatını itirib.

1867785
Nigeriyada daşqınlar: 50 nəfər ölüb

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) Jiqava  üzrə   Baş katibi Alhaji Yusuf Sani Babura mətbuata açıqlamasında, ştatın 27 bölgəsində davam edən leysan yağışların daşqınlara səbəb olduğunu,  nəticədə 50 nəfərin həyatını itirdiyini, çox sayda insanın  yaralandığını bildirib.

Yüzlərlə evin dağıldığını  ifadə  edən  Babura,  hökumətin   minlərlə fəlakətzədəni 11 müvəqqəti düşərgədə, bəzilərini isə ictimai binalarda  yerləşdirdiyini,  onları    dərman və qida kimi humanitar yardımlar ilə  təmin  etdiyini   bildirib.  

Qeyd  edək  ki, İqlim dəyişikliyi və ətraf mühit üzrə ekspertlər ölkə  üzrə  53 milyon insanın daşqın təhlükəsi ilə üzləşə  biləcəyi  barədə xəbərdarlıq ediblər.



Әlaqәli Xәbәrlәr