Fransada yanğın nəzarət altına alınıb

Fransanın Jironde bölgəsində avqustun 9-da başlayan və təxminən 74 kvadrat kilometr sahədə təsirli olan yanğın nəzarət altına alınıb.

1867712
Fransada yanğın nəzarət altına alınıb

Fransanın Jironde bölgəsində avqustun 9-da başlayan və təxminən 74 kvadrat kilometr sahədə təsirli olan yanğın nəzarət altına alınıb.

Bölgədə yağan yağışla yanğın öz təsirini itirərkən, Jironde yanğınsöndürmə rəisi Mark Vermeulen yanğının nəzarət altına alındığını, lakin tamamilə söndürülə bilmədiyini açıqlayıb.

Vermeulen bölgədəki yolların nəqliyyata açıldığını və meşə ərazilərinə getməyin qadağan edildiyini bildirib.

Səlahiyyətlilər 74 kvadrat kilometr ərazini əhatə edən yanğın nəzarət altına alındıqdan sonra Jirondedən təxliyə edilən minlərlə insanı evlərinə qayıtmağa çağırıb.

Bildirilib ki, Jirondedə 1100 yanğınsöndürən, eləcə də yanğınsöndürən təyyarələr alovla mübarizə aparır.

Fransada cari il təsirli olan yanğınlarda 600 min kilometrlik meşə sahəsi külə dönüb.



Әlaqәli Xәbәrlәr