Səudiyyə Ərəbistanı və ABŞ Qırmızı dənizdə ortaq hərbi dəniz təliminə başladılar

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA ölkənin Qırmızı dəniz sahilindəki Yenbu şəhərindəki ortaq dəniz təlimi ilə bağlı məlumat yayıb...

1867536
Səudiyyə Ərəbistanı və ABŞ Qırmızı dənizdə ortaq hərbi dəniz təliminə başladılar

 

  ABŞ ilə Səudiyyə Ərəbistanı arasında Qırmızı dənizdə bir ay davam etməsi planlaşdırılan birgə dəniz təlimi başlayıb.

  Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA ölkənin Qırmızı dəniz sahilindəki Yenbu şəhərindəki ortaq dəniz təlimi ilə bağlı məlumat yayıb. Bildirilib ki, hərbi manevrlərin açılış mərasimində Səudiyyə Ərəbistanı Qərb Bölgəsinin baş komandiri Əhməd əd-Debis, ABŞ Hərbi Dəniz Donanması Mərkəzi Komandanlığının baş komandiri Pol Cozef Rok (Paul Joseph Rock) və hər iki ölkənin yüksək rütbəli zabit və hərbçiləri iştirak ediblər.

  “Böyük qəzəb” adlanan ortaq təlim bir ay sürəcək. Manevrin məqsədi iki ölkə arasında əməliyyat və maddi-texniki təcrübə mübadiləsi ilə birgə hərbi planların həyata keçirilməsində təcrübə qazanmaqdır.

  Xatırladaq ki, Səudiyyə Ərəbistanı və ABŞ birgə 2021-ci ilin oktyabrında "Naviqasiya azadlığına zəmanət" adlı 10 günlük ortaq dəniz təlimi keçirmişdilər.



Әlaqәli Xәbәrlәr