Orta Asiyanın әn böyük mәscidinin açılışı olub

Qazaxıstanda Orta Asiyanın ən böyük məscidi olan Böyük Nur-Sultanın açılış mərasimi baş tutub.

1867410
Orta Asiyanın әn böyük mәscidinin açılışı olub
nur sultan cami.jpg
nur sultan cami avize.jpg
nur sultan cami.jpg

Qazaxıstanda Orta Asiyanın ən böyük məscidi olan Böyük Nur-Sultanın açılış mərasimi baş tutub.

Mərasimdə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev də iştirak edib. Açılışdan sonra məsciddə cümə namazı qılınıb.

Mərasimdə Özbəkistan, Qırğızıstan, Monqolustan, Rusiya və Misirdən din xadimləri, müsəlman ölkələrinin Qazaxıstandakı səfirləri və çox sayda  mətbuat nümayəndələri iştirak ediblər.

Nazarbayev buradakı çıxışında binanın əsas podratçısı türkiyəli iş adamı Fəttah Tamincə və onun əməkdaşlarına təşəkkür edib.

Açılışdan sonra məsciddə cümə namazı qılınıb.

Təxminən 68 min kvadratmetr sahədə inşa edilən Böyük Nur-Sultan məscidi Orta Asiyanın ən böyük məscidi olması ilə yanaşı, dizayn və memarlıq baxımından da dünyanın ən böyük 10 məscidi sırasındadır.

Eyni anda 35 min adamın namaz qıla bilәcәyi məscidin əsas çilçırağı da ölçüsünə və 1,5 milyon kristalına görə dünya rekorduna malikdir. 

İslam Muzeyi, kitabxana, nikah salonu, Quran dərsləri, konfrans zalı və qapalı dayanacaqdan ibarət olan Böyük Nur-Sultan məscidi ölkənin yeni simvollarından birinə çevriləcək.



Әlaqәli Xәbәrlәr