Monteneqroda silahlı insident olub, ölәnlәr var

Monteneqronun Çetinye şəhərində bir nəfər öz ailəsinə, daha sonra polisə və yoldan keçənlərə atəş açıb.

1867315
Monteneqroda silahlı insident olub, ölәnlәr var

Monteneqronun Çetinye şəhərində bir nəfər öz ailəsinə, daha sonra polisə və yoldan keçənlərə atəş açıb.

Bu barәdә yerli polis mәlumat yayıb. Mәlumata әsasәn, hadisə nəticəsində 11 nəfər ölüb, 6 nəfər yaralanıb.

Mәlumatda 34 yaşlı təcavüzkarın aralarında uşaqlar və polislər də daxil olmaqla çox sayda insana atəş açdığı bildirilib.

Monteneqronun Baş naziri Dritan Abazoviç hadisә ilә bağlı açıqlamasında bu ifadәlәrә yer verib: “Mən bütün Monteneqro vətəndaşlarını günahsız qurbanların ailələri, qohumları, dostları və Çetinye vətəndaşlarının yanında olmağa çağırıram. Monteneqro daha əvvəl belə faciə görməmişdi".



Әlaqәli Xәbәrlәr