İngiltәrә Ukraynaya raket sistemlәri tәdarük edәcәk

Bu barәdә İngiltərənin  Müdafiə Nazirliyindən verilən bәyanatda bildirilib.

1866813
İngiltәrә Ukraynaya raket sistemlәri tәdarük edәcәk

İngiltәrә Ukraynaya daha çox sayda raket sistemləri tәdarük edәcәk.

Bu barәdә İngiltərənin  Müdafiə Nazirliyindən verilən bәyanatda bildirilib. Bәyanatda qərarın ilin əvvəlində Ukrayna Silahlı Qüvvələrinə tәhvil verilən raket sistemlərinin uğurlu istifadəsindən sonra verildiyi vurğulanıb. Bəyanatda qeyd olunub ki, yeni hərbi dəstək Ukrayna qüvvələrinə Rusiyaya qarşı müdafiəni davam etdirməyə imkan verəcək.

Xatırladaq ki İngiltәrә müdafiә naziri Ben Uollas İngiltәrә vә beynәlxalq ictimaiyyәtә bu ‘‘qeyri-qanuni müharibәyә’’ qarşı olmaları ilә bağlı çağırış edәrәk Ukraynaya hәrbi dәstәk verәcәklәrini söylәmişdi.

Bәyanatda  İngiltәrәnin Ukraynaya daha çox sayda raket sistemi tәdarük edәcәyi ifadә edilib.

Qeyd edәk ki, Rusiya qüvvәlәri fevralın 24-dә Ukrayna әrazisindә xüsusi hәrbi әmәliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr