Balkan ölkәlәrindә Covid-19-a yoluxanların sayında artım müşahidә olunub

Serbiya, Sloveniya, Xorvatiya, Monteneqro və Bosniya və Herseqovina daxil olmaqla Balkan ölkələrində yeni növ koronavirusa (Kovid-19) yoluxma və ölüm hallarında artım müşahidә olunub.

1866811

Serbiya Səhiyyə Nazirliyinin yaydığı bәyanatda sutka әrzindә 7 min 61  yeni yoluxma faktının qeydə alındığı, 14 nəfərin  dә öldüyü bildirilib.

Sloveniyada sutka әrzindә  1614  yeni yoluxma faktının qeydә alındığı və 6 nəfərin öldüyü açıqlanıb.

Omicron variantı ilə mübarizə aparan və sutka әrzindә  15 nəfərin öldüyü Xorvatiyada 1583 koronavirusa yoluxma faktının qeydә alındığı bildirilib.

Turizm mövsümünün təsiri ilə Covid-19-a yoluxanların sayında artımın müşahidə olunduğu  Monteneqroda  isә sutka әrzindә daha 789 nәfәrin virusa yoluxduğu qeyd olunub.

Bosniya vә Herseqovinada isә sutka әrzindә virusa yoluxanların sayı 555-ә, ölәnlәrin sayı isә 6-ya çatıb.

Әlaqәli Xәbәrlәr