Avropada meymunçiçәyi virusuna yoluxanların sayı 17 mini keçib

Avropa Xəstəliklərin Qarşısının alınması və Nəzarəti Mərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə apardığı araşdırmaya әsasәn, virusa yoluxanların әksәriyyәti kişilәrdir.

1866812
Avropada meymunçiçәyi virusuna yoluxanların sayı 17 mini keçib

Avropa ölkələrində meymunçiçәyi virusuna yoluxanların sayı 17 min 509 nәfәrә çatıb.

Avropa Xəstəliklərin Qarşısının alınması və Nəzarəti Mərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə apardığı araşdırmaya әsasәn, virusa yoluxanların әksәriyyәti kişilәrdir.

Virusa yoluxanların 40 faizi 31-40, 24 faizi 41-50, 23 faizi isә 18-30 yaş arasındadır.

İspaniya, Almaniya, İngiltərə və Fransada 13 000-dən çox virusa yoluxma faktı qeydә alınıb.

İspaniyada meymunçiçәyi virusuna yoluxanların sayı 5 min 162-yә, Almaniyada 2 min 982-yә, İngiltərədə 2 min 973-ә, Fransada isə 2 min 423-ә çatıb.

Virusa yoluxan xәstәlәrdә qızdırma, yorğunluq, əzələ və baş ağrısı kimi simptomlar müşahidә olunur.



Әlaqәli Xәbәrlәr