Sədr Hərəkatı İraq parlamentinin buraxılmasını tələb etdi

“Twitter” hesabından yaydığı bəyanatında Müqtəda yazıb...

1866377
Sədr Hərəkatı İraq parlamentinin buraxılmasını tələb etdi

 

  İraqda Sədr Hərəkatının başçısı Müqtəda əs-Sədr məhkəmədən ən geci gələn həftənin sonuna qədər parlamentin buraxılmasını tələb edib.

  “Twitter” hesabından yaydığı bəyanatında Müqtəda yazıb: “İraq Ali Məhkəmə Şurasının sədri və məhkəməni ən geci gələn həftənin sonuna qədər parlamenti buraxmağa çağırıram.

  Hal-hazırki prezident tərəfindən müəyyən şərtlər daxilində növbədənkənar seçkinin tarixi təyin olunmalıdır.  

  Biz aksiyaları davam etdirəcəyik”.

  Xatırladaq ki, 2021-ci ilin oktyabrında İraqda keçirilən seçkilərdə qalib gələn Müqtəda əs-Sədr iranpərəst partiyalarla hökumət qurmaqdan imtina etmiş və siyasətdən çəkildiyini söyləmişdi. Ondan sonra hökuməti qurmaq vəzifəsi rəqibi Koordinasiya Şurasına keçmişdi. Şura 2022-ci il iyulun 25-də keçmiş əmək və sosial məsələlər naziri Məhəmməd Şia Sudanini baş nazirliyə namizəd elan edib.

  Müqtəda əs-Sədr tərəfdarları İrana yaxın şiə siyasi çətir təşkilatı Koordinasiya Şurasının baş nazir namizədliyinə etiraz üçün 30 iyuldan paytaxt Bağdadın Yaşıl Zonasına daxil olub və parlament binasına hücum edərək orada oturaq aksiyaya başlayıblar. Sədr tərəfdarları parlamenti tərk etməyə və avqustun 2-də bina ətrafında oturaq aksiyanı davam etdirməyə çağırıb. Avqustun 3-də televiziya çıxışında isə Müqtəda əs-Sədr İranın dəstəklədiyi şiə siyasi opponentlərinə dialoq və barışıq qapısını bağladığını elan edib, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinə çağırıb.



Әlaqәli Xәbәrlәr