İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı qınayan bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 3-də qeyri-qanuni erməni silahlı dəstələrinin  Qarabağda Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən hücumunu pisləyib.

1866761
İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı qınayan bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 3-də qeyri-qanuni erməni silahlı dəstələrinin Qarabağda Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən hücumunu pisləyib.

İƏT-dən verilən yazılı açıqlamada Ermənistanı 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında əldə edilmiş razılaşmaya uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qeyri-qanuni silahlı dəstələrini Azərbaycan ərazisindən çıxarmağa çağırıb.

Martın 22-23-də Pakistanın paytaxtı İslamabadda keçirilən İƏT Xarici İşlər Nazirlərinin 48-ci Sessiyasında qəbul edilən qərara işarə edilən bəyanatda Azərbaycan-Ermənistan münasibətlərinin qarşılıqlı tanıma və iki tərəfin də suverenlik, ərazi bütövlüyünün qarşılıqlı tanınması və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında normallaşmaya çağırıb.

Bəyanatda həmçinin sözügedən hücumda şəhid olan Azərbaycan əsgəri Anar Kazımovun ailəsinə və yaxınlarına başsağlığı verilib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi avqustun 3-də qeyri-qanuni erməni silahlı dəstələrinin Qarabağda atəşə tutması nəticəsində bir Azərbaycan əsgərinin şəhid olması barədə məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Rusiya ünsürlərinin müvəqqəti yerləşdirildiyi rayonlarda yerləşən qeyri-qanuni erməni dəstələrinin Laçın rayonu ərazisindəki Azərbaycan mövqelərini intensiv atəşə tutub.



Әlaqәli Xәbәrlәr