Həbsxanada qarşıdurma, 3 ölü

Konqo Demokratik Respublikasında həbsxanada baş verən qarşıdurmada 2-si polis olmaqla 3 nəfər həlak olub.

1866425
Həbsxanada qarşıdurma, 3 ölü

TRT-nin Milli KİV-ə istinad etdiyi xəbərə görə, “Mai-Mai Kata Katanqa” üsyançı qruplaşması Şimali Kivu əyalətinin Butembo şəhərindəki Kakvanqura həbsxanasına hücum   edərək 874 məhbusun saxlanıldığı həbsxananın qapılarını sındırıblar və   800-dən çox məhbusun qaçmasına kömək ediblər. Hadisi zamanı “Mai-Mai Kata Katanqa” üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 2 polis və 1 üsyançı həyatını itirib.

Təhlükəsizlik qüvvələri şəhərin şimal-şərqinə qaçan məhbusların tutulması üçün əməliyyata başlayıb.

 

 



Әlaqәli Xәbәrlәr