Ekvadorda müstəqillik bayramı qeyd olundu

Cənubi Amerika ölkəsi Ekvadorda avqustun 10-da Müstəqillik Gününün 213-cü ildönümü qeyd edilib.

1866335
Ekvadorda müstəqillik bayramı qeyd olundu

Paytaxt Kitodakı tarixi Müstəqillik Meydanında keçirilən hərbi paradda prezident Gilyermo Lasso, müdafiə naziri Luis Lara və kabinetin digər üzvləri iştirak ediblər.

Prezident Lasso paraddan əvvəl generalları təbrik edib və onlara medal təqdim edib.

Prezident Lasso, burada etdiyi çıxışında günün xüsusi mənasına diqqət çəkib.

“Bu gün azadlığımız və müstəqilliyimiz uğrunda mübarizə aparan qəhrəmanlarımızı xatırlamaq üçün xüsusi bir gündür”-  prezident  deyib.



Әlaqәli Xәbәrlәr