Avropa ölkələrində meymunçiçəyinə yoluxma halları

Avropa ölkələrində meymunçiçəyinə yoluxanların sayı 17 min 509 nəfər olub.

1866752
Avropa ölkələrində meymunçiçəyinə yoluxma halları

Avropa ölkələrində meymunçiçəyinə yoluxanların sayı 17 min 509 nəfər olub.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə araşdırmasına görə, avqustun 9-da Avropanın 35 ölkəsində aşkar edilən 17 509 meymunçiçəyi xəstəliyinin 99 faizi kişilərdə görülüb.

Xəstəliklərin 40 faizi 31-40, 24 faizi 41-50, 23 faizi isə 18-30 yaş arası insanlarda aşkar edilib.

İspaniya, Almaniya, Böyük Britaniya və Fransada 13 mindən çox yoluxma faktı baş verib. Əksər hallar İspaniyada müəyyən edilib. Bu ölkədə meymunçiçəyinə yoluxanların sayının 5 min 162, Almaniyada 2 min 982, İngiltərədə 2 min 973, Fransada isə 2 min 423 olduğu qeyd edilib.

Xəstələrin əksəriyyətində səpgi yaxud səpgi ilə yanaşı  yüksək hərarət, yorğunluq, əzələ və baş ağrısı müşahidə edilib.

Bildirilib ki, virusa yoluxmuş 544 nəfər xəstəxanaya çatdırılıb, 163 nəfər xəstəxanada müalicə olunub, 3 nəfər isə reanimasiyada saxlanılıb. Reanimasiyaya yerləşdirilənlərdən 2-nin dünyasını dəyişdiyi açıqlanıb.



Әlaqәli Xәbәrlәr