Rusiya qüvvәlәri Ukraynanın Kuşuqum kәndinә hücum edib

Rusiya qüvvәlәrinin Ukraynanın Zaporojye vilayәtinin Kuşuqum kәndinә tәşkil etdiyi hücum nәticәsindә bir nәfәr hәyatını itirib.

1866166
Rusiya qüvvәlәri Ukraynanın Kuşuqum kәndinә hücum edib

Rusiya qüvvәlәrinin Ukraynanın Zaporojye vilayәtinin Kuşuqum kәndinә tәşkil etdiyi hücum nәticәsindә bir nәfәr hәyatını itirib.

Mәlumata әsasәn, hücum sәhәr saatlarında hәyata keçirilib.

Hücum nәticәsindә kәnddәki bәzi evlәr dağılıb, partlayış zamanı әkin sahәlәrindә әmәlә gәlәn dәrin çuxurlar diqqәt çәkib.

Rusiya qüvvələrinin atdığı raketlərdən zərər görən evlərdən birinin sahibi 50 yaşlı Lyuba Belovodenko gecә radәlәrindә şiddətli hücumların baş verdiyini deyib.

Belovodenko yaşadıqları evin bağına düşәn raket mәrmisi nəticəsində evinin qismən dağıldığını bildirib.

"Hücum zamanı oğlumla evdə idik. Oğlum autizm xәstәliyindәn әziyyәt çәkir’’,-deyә Lyuba Belovodenko vurğulayıb.

Qeyd edәk ki, Rusiya qüvvәlәri fevralın 24-dә Ukrayna әrazisindә xüsusi hәrbi әmәliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr