Kolumbiya Venesuela ilə yeni səhifə açır

Kolumbiyanın yeni prezidenti Qustavo Petro qonşu Venesuela ilə pisləşən diplomatik münasibətləri normallaşdırmaq istədiklərini bəyan edib...

1866282
Kolumbiya Venesuela ilə yeni səhifə açır

 

  Kolumbiyanın yeni prezidenti Qustavo Petro qonşu Venesuela ilə pisləşən diplomatik münasibətləri normallaşdırmaq istədiklərini bəyan edib. O, "Venesuela ilə yeni səhifə" üçün lazımi addımların atıldığını və ilk növbədə quru sərhədinin kommersiya baxımından açılması üçün danışıqların davam etdiyini bildirərək deyib: “Ticarət, mədəni və hərbi əlaqələr yenidən normallaşdırılmalıdır. Bütün bu proseslərin başlaması üçün biz bəzi məsələlərə təzədən baxmalıyıq."

  Venesuelanın müdafiə naziri Vladimir Padrino da “Twitter”də Kolumbiya ilə hərbi əlaqələrin bərpası üçün lazımi göstərişlərin verildiyini bildirib.

  Xatırladaq ki, Kolumbiyanın sabiq prezidenti İvan Dukenin hökuməti 2019-cu il yanvarın 23-də özünü Venesuelada prezident elan edən Milli Assambleyanın sədri Xuan Quaydonu “qanuni dövlət başçısı” kimi tanıdıqdan sonra iki ölkə arasında münasibətlər kəsilib. 23 fevral 2019-cu il tarixli qərarı ilə Venesuela hökuməti "ciddi və qeyri-qanuni təhdidlər" səbəbilə Kolumbiya ilə sərhədi müvəqqəti bağlayıb.

  Venesuela və Kolumbiya arasında sərhədlərin açılması ilə bağlı sonuncu danışıqlar 2021-ci il sentyabrın 6-da baş tutub. Müzakirələr zamanı irəliləyiş olsa da, heç bir nəticə əldə olunmayıb.



Әlaqәli Xәbәrlәr