Çin Tayvanı işğal etməyə hazırlaşır

Tayvan xarici işlər naziri Jaushieh Joseph Vu mətbuat konfransında Çinin Tayvan adası ətrafında təşkil etdiyi təlimlərlə bağlı açıqlama verib.

1865802
Çin Tayvanı işğal etməyə hazırlaşır

Xarici   mətbuatda   əks  edən  xəbərlərə   görə  Joseph Vu bildirib ki, Çin bu təlimlərlə Tayvanı işğal etməyə hazırlaşır.

Tayvanın sözügedən təlimləri şiddətlə qınadığını və bu təlimlərin məsuliyyətsiz olduğunu bildirən Vu, Çinin  adanı işğala təşəbbüsünün  regional sülh və sabitliyə də zərbə endirəciyini bildirib: “Çin Tayvanın işğalına hazırlaşmaq üçün hərbi təlimlər keçirir. Tayvanda ictimai əhval-ruhiyyəni zəiflətmək üçün genişmiqyaslı hərbi təlimlər və raket buraxılışları, həmçinin kiberhücumlar   törədir.  Tayvan, şübhəsiz ki, digər ölkələrlə əlaqələri davam etdirməyə və beynəlxalq birliyə qoşulmağa çalışır. Tayvan xalqı demokratik sistem vasitəsilə kollektiv iradəsini ifadə etmək hüququna  sahibdir”-deyə   xarici  işlər  naziri  Vu  vurğulayıb.  

 



Әlaqәli Xәbәrlәr