Cənubi Koreyada rekord həddə çatan yağışlar ölümcül daşqınlara səbəb olub

Cənubi Koreyanın paytaxtı Seulda daşqın nəticəsində 9 nəfər ölüb, 6 nəfər itkin düşüb.

1865954
Cənubi Koreyada rekord həddə çatan yağışlar ölümcül daşqınlara səbəb olub

Bildirilir ki bu, Koreyada son 115 ildə baş vermiş ən güclü daşqındır.

Təbii fəlakət nəticəsində səhər saatlarında metro stansiyalarını su basıb, küçələrin çoxunda hərəkət dayanıb. Həlak olanların zirzəmilərdə yaşayan insanlar olduqları bildirilir.

Xilasedicilər əhalinin təhlükəsiz ərazilərə təxliyəsinə başlayıb.

 



Әlaqәli Xәbәrlәr