Avropa quruyur

Avropa İttifaqının (Aİ) Avropa Quraqlıq Müşahidə Mərkəzinin məlumatına görə...

1866220
Avropa quruyur

 

  Avropanın demək olar ki, yarısında quraqlıq vəziyyəti “xəbərdarlıq”, 17 faizində isə “həyəcan” səviyyələrindədir.

  Avropa İttifaqının (Aİ) Avropa Quraqlıq Müşahidə Mərkəzinin məlumatına görə, bu yay yüksək hava istiliyindən təsirlənən Avropa qitəsində suyun səviyyəsi aşağı düşüb, bəzi bölgələrdə su qıtlığı müşahidə olunub.

  İyul ayı göstəricilərinə əsasən, ümumilikdə qitədə və Böyük Britaniyada quraqlıq 47 faiz “xəbərdarlıq”, 17 faiz isə “həyəcan” səviyyələrinə yüksəlib.

  İqlim dəyişikliyi ilə bağlı rekord həddə çatan hava istiliyi Fransa, İspaniya, İtaliya və hətta Hollandiyada su qıtlığına səbəb olub, bir çox çay yatağı quruyub.

  Rəsədxana rəsmiləri Avropa qitəsində quraqlığın avqust və sentyabr aylarında davam edəcəyini gözlədiklərini söyləyirlər. Bu vəziyyətin quraqlığın səviyyəsini artıracağı, kənd təsərrüfatı, enerji və su təchizatına ciddi təsir göstərəcəyi bildirilib.

  Aİ-nin Kopernik İqlim Dəyişikliyi Xidməti isə yağışın azlığı və yüksək temperatura görə qitədə meşə yanğınları baxımından da təhlükələr olduğu barədə xəbərdarlıq edib.



Әlaqәli Xәbәrlәr