Avropa İttifaqının qaz istehlakını ixtisar etmək planı qüvvəyə minib

Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan qaz axışı kəsiləcəyi ehtimalına qarşı hazırladıqları təbii qaz istehlakını 15 faiz ixtisar etmə planı qüvvəyə minib.

1865776
Avropa İttifaqının qaz istehlakını ixtisar etmək planı qüvvəyə minib

Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan qaz axışı kəsiləcəyi ehtimalına qarşı hazırladıqları təbii qaz istehlakını 15 faiz ixtisar etmə planı qüvvəyə minib.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında qazla bağlı fövqəladə vəziyyət planı haqqında paylaşım edib.

"Aİ miqyasında təbii qaz tələbini azaltmaq üçün fövqəladə hal planımız hazırda qüvvədədir" deyən Von der Leyen istehlakı ən az 15 faiz ixtisar etməyi hədəflədiklərini ifadə edib.

Von der Leyen enerjiyə qənaətin Avropanın enerji təchizatı təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edək ki, Aİ-nin Rusiyadan təbii qaz axınının kəsilməsi ehtimalına qarşı hazırladığı fövqəladə vəziyyət planı üzv ölkələrin qaz tələbatını 1 avqust 2022-ci il və 31 mart 2023-cü il tarixləri arasında son 5 ilin orta göstəricisindən 15 faiz azaltmağı nəzərdə tutur.

Fövqəladə vəziyyət elan olunarsa 15 faizlik ixtisarın tələb edilməsi də plana daxil edilib, lakin bunun üçün İttifaq əhalisinin ən azı 65 faizini təşkil edən 15 ölkənin təsdiqi lazımdır.

Plan hər il 45 milyard kubmetr təbii qaza qənaət etmək məqsədi daşıyır.

Danışıqlar nəticəsində İtaliya və İspaniya kimi bir çox ölkə qaz istehlakının azaldılması planından azad edilib.



Әlaqәli Xәbәrlәr