FTB Trampın Floridadakı evinə basqın edib

Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Donald Trampın evi olan “Mar-a-Laqo” malikanəsində axtarış aparıb.

1865453
FTB Trampın Floridadakı evinə basqın edib

TRT-nin xarici mediaya istinad etdiyi xəbərinə görə Tramp hadisəni təsdiqləyib və buna reaksiya verib. “Florida ştatındakı gözəl evim “Mar-a-Laqo” hazırda FTB əməkdaşları tərəfindən zəbt edilib və mühasirəyə alınıb. Daha əvvəl heç bir ABŞ prezidentinin başına belə bir şey gəlmədi”, – deyə o bildirib.

Məlumata görə, Tramp əməlliyat zamanı Nyu -Yorkdakı “Trump Tower”də olub.

“Nyu –York Times” məsələ ilə bağlı məlumatlı şəxslərə istinadən bildirib ki, FTB əməkdaşları Trampın malikanəsində keçirilən əməliyyat zamanı onun dövlət başçısı postunu tərk edərkən Ağ Evdən götürdüyü sənədləri axtara bilər.

Bildirilib ki, ABŞ Ədliyyə Departamenti bu ilin əvvəlində Milli Arxivlər və Qeydlər İdarəsi tərəfindən “Mar-a-Laqo”dan götürülmüş 15 qutu sənədlərdə məxfi qeydlərin mövcudluğunu araşdırır.

Qeyd edək ki, federal qanunlar məxfi dövlət sənədlərinin icazə verilən yerlərdən çıxarılmasını qadağan edir.

 



Әlaqәli Xәbәrlәr