Çin döyüş təyyarələri boğazı ikiyə bölən nominal orta xətti də keçib

Avqustun 7-dən bitəcəyi bildirilsə də, Çin ordusunun təlimləri ayın 8 və 9-da da davam edib

1865740
Çin döyüş təyyarələri boğazı ikiyə bölən nominal orta xətti də keçib

 

  Tayvan adanın ətrafında 45 Çin döyüş təyyarəsi və 10 gəminin göründüyünü bildirib.

  Tayvan Müdafiə Nazirliyi ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfərindən sonra başlayan Çin hərbi təlimlərinin 6-cı günündə adanın ətrafında 45 döyüş təyyarəsi və 10 döyüş gəmisinin göründüyünü açıqlayaraq bildirib: “Çinin hava və dəniz vasitələrinin elektron izləmə aparatları, patrul təyyarələri, gəmi və raket sistemləri ilə izlənilir. Adanın ətrafında 45 döyüş təyyarəsi və 10 döyüş gəmisi görünüb. Bunlardan 16-sı Tayvan boğazında sərhədin məhdudlaşdırıldığı hava və dəniz xətlərinin şərqinə uçub. 8 SU-30, 4 J-16, 4 J-11 döyüş təyyarələri boğazı ikiyə bölən nominal orta xətti keçib”.

  Xatırladaq ki, avqustun 27-də N.Pelosinin adaya səfərindən sonra adanın ətrafında təlimlərin başladığı avqustun 4-də Tayvan ətrafında 22 Çin döyüş təyyarəsi görünüb, Çinin materik hissəsindən 11 idarə olunan raket atılıb, Tayvan tərəfindən zərərsizləşdirilib. Avqustin 5-də adanın ətrafında 68 döyüş təyyarəsi və 13 döyüş gəmisi, 6-sında 20 təyyarə və 14 gəmi, 7 avqustda 66 təyyarə və 14 gəmi, 8-ində isə 39 təyyarə və 13 gəmi görünüb.

  Çinin 6 bölgədə həyata keçirdiyi təlimlər səbəbində bir sıra yerlərdə gəmi və təyyarələrin hərəkəti dayandırılıb.

  Avqustun 7-dən bitəcəyi bildirilsə də, Çin ordusunun təlimləri ayın 8 və 9-da da davam edib.



Әlaqәli Xәbәrlәr