Papa Fransisk gəmilərin Ukrayna limanlarından ayırlmasına münasibət bildirib

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk taxılla yüklənmiş ilk gəmilərin Ukrayna limanlarından yola salınmasını yüksək qiymətləndirib.

1864852
Papa Fransisk gəmilərin Ukrayna limanlarından ayırlmasına münasibət bildirib

Papa Fransisk Vatikanda ənənəvi bazar ayinindən sonra etdiyi çıxışında iyulun 22-də Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında İstanbulda imzalanan taxıl dəhlizi sazişindən sonra ilk gəmilərin Ukraynadan yola düşdüyünü xatırladab. “Taxılla yüklənmiş ilk gəmilərin Ukrayna limanlarından yola salınmasını alqışlayıram. Bu addım ​​göstərir ki, dialoq yaradmaq və hər kəs üçün faydalı olacaq real nəticələrə nail olmaq həmişə mümkündür. Ümidvarlıq doğran bu prosesin ədalətli və daimi sülhün bərpasına töhvə verməsini arzulayıram”.



Әlaqәli Xәbәrlәr