Antonio Quterreşin nüvə silahına malik ölkələrə çağırışı

Birləşmiş Millətlər Təşkilatı (BMT) nüvə silahına malik ölkələri öz atom arsenallarından ilk istifadə etməmək öhdəliyinə əməl etməyə çağırıb.

1865065
Antonio Quterreşin nüvə silahına malik ölkələrə çağırışı

Birləşmiş Millətlər Təşkilatı (BMT) nüvə silahına malik ölkələri öz atom arsenallarından ilk istifadə etməmək öhdəliyinə əməl etməyə çağırıb.

BMT-nin Baş katibi Antonio Quterreş Yaponiyanın paytaxtı Tokioda keçirilən mətbuat konfransında açıqlama verib.

Quterreş nüvə enerjisinə malik ölkələrə xəbərdarlıq edib ki, beynəlxalq gərginlik artdıqca nüvə silahlanma yarışı geri qayıdır.

Quterreş nüvə silahı olan ölkələri bu silahlardan birinci istifadə etməməyi və nüvə silahı olmayan ölkələri təhdid etməməyi öhdəsinə götürməyə çağırıb.

"Mən heç kimin nüvə müharibəsi ideyasını qəbul edə bilməyəcəyini düşünmürəm. Bu, planetin fəlakəti olacaq. Heç kim nüvə silahından ilk istifadə etməsə, nüvə müharibəsi olmayacaq", deya Quterreş qeyd edib. 

Quterreş 4 avqustda Ukraynanın ən böyük atom elektrik stansiyasına sahib olan Zaporojya şəhərinin Rusiya tərəfindən bombalanması qarşısında ise deyib ki, atom elektrik stansiyasına edilə biləcək bir hücum intihardır.

Silahlanma yarışına milyardlarla dollar xərcləndiyinə diqqət çəkən baş katib bu pulların iqlim dəyişikliyi, yoxsulluq və beynəlxalq ictimaiyyətin ehtiyaclarını ödəmək üçün istifadə edilməsinin vacibliyinə diqqət çəkib:

“Geosiyasi gərginliyin artdığı və nüvə təhlükəsinin yenidən yüksəldiyi bir vaxtda Yaponiyanın sülhlə bağlı güclü və ardıcıl mövqeyi hər zamankindən daha vacibdir”.

BMT-nin Baş katibi Quterreş 6 avqust 1945-ci ildə atom bombası qurbanlarının xatirəsini yad etmək üçün Yaponiyanın Xiroşima şəhərinə səfər edib.



Әlaqәli Xәbәrlәr