Tayvan da hərbi təlimlərə başlayır

Tayvanın xəbər agentliyi CNA-nın verdiyi məlumata görə...

1864712
Tayvan da hərbi təlimlərə başlayır

 

  Tayvan gələn həftə adanın cənubunda artilleriya təlimləri keçirəcəyini, burada əsl silah-sursatdan istifadə olunacağını açıqlayıb.

  Tayvanın xəbər agentliyi CNA-nın verdiyi məlumata görə, adanın cənubundakı Pintunq əyalətinin Finqqanq şəhərində 9 və 11 avqust tarixlərində iki ayrı artilleriya təliminin keçiriləcək.

  Təlimlərdə 78 ədəd haubitsa 155 millimetrlik top və 6 ədəd 120 millimetrlik minaatandan havaya və dənizə atılacaq. Ordunun illik hərbi təlimləri isə sentyabrın 5-də olacaq.

  Bu bəyanat Çinin ABŞ Nümayəndələr Palatasının sözçüsü Nensi Pelosinin Tayvan səfərindən sonra ada ətrafında həqiqi silah və sursatdan istifadə edərək hərbi təlimlərə başlamasından sonra verilib.

  Çinin avqustun 7-də bitən hərbi manevrləri suverenlik münaqişəsində olan adanın ətrafında faktiki mühasirə yaradıb. Təlimlərə görə bir sıra bölgə gəmi və təyyarə yollarına bağlanıb, boğazda təhlükəsizliklə əlaqədar səfərlər dayandırılıb.

  Onu da qeyd edək ki, Çin ordusu ölkənin şimalında yeni təlimlərə başlayacağını elan edib. Dəniz Təhlükəsizliyi İdarəsindən verilən açıqlamada paytaxt Pekin yaxınlığındakı Bohay dənizində 8 avqust - 8 sentyabr və Sarı dənizin cənubunda isə 7-15 sentyabr tarixlərində keçiriləcək təlimlərə görə sözügedən ərazilərin gəmilərin hərəkətinə bağlanacağı açıqlanıb.



Әlaqәli Xәbәrlәr