Avropanın ən böyük atom elektrik stansiyasının bombalanması son dərəcə narahatlıq doğurur

MAQATE-dən verilən yazılı açıqlamada R.Qrossinin Zaporojye Atom Elektrik Stansiyasının bombalanması ilə bağlı fikirləri yer alır...

1864693
Avropanın ən böyük atom elektrik stansiyasının bombalanması son dərəcə narahatlıq doğurur

 

  Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossi bəyan edib ki, Avropanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi Ukraynanın Zaporojya şəhərinin bombalanması son dərəcə narahatlıq doğurur.

  MAQATE-dən verilən yazılı açıqlamada R.Qrossinin Zaporojye Atom Elektrik Stansiyasının bombalanması ilə bağlı fikirləri yer alır: “Rusiya və Ukrayna səlahiyyətlilərindən məlumat alınıb. Ukrayna tərəfi reaktorlara heç bir xətər dəymədiyi, radioloji sızma olmadığı, lakin obyektin ayrı-ayrı yerlərində müxtəlif ziyanların qeydə alındığını bildirib.

  Zaporojye AES-in təhlükəsizliyini zərbə altına qoyan hərbi hərəkətlər qətiyyən yolverilməzdir və nəyin bahasına olursa olsun, qarşısı alınmalıdır. Obyektdə və yanında odlu silahdan istənilən istifadə ciddi hadisələrə və fəlakətə səbəb ola bilər. Belə addım odla oynamaq deməkdir.

  Avropanın ən böyük atom elektrik stansiyasının bombalanmasından son dərəcə narahatlıq duyuruq. Bu, Ukraynada insanların sağlamlığına və ətraf mühitə təhdid edə biləcək real nüvə fəlakəti riski yaradır. Tərəfləri nüvə obyektlərinə qarşı maksimum ehtiyatlı davranmağa çağırıram. Eyni zamanda, Zaporojye AES-də, yaxınlığında və ya onun personalına qarşı bütün zorakılıq hərəkətlərini qınayırıq".

  Atom elektrik stansiyası Rusiya hərbi qüvvələrinin nəzarəti altında Ukrayna hakimiyyəti tərəfindən idarə edilir. Oradakı rəsmilərə hər hansı təzyiq və məhdudiyyət təkcə həmin insanların deyil, həm də stansiyanın təhlükəsizliyini riskə atır”.



Әlaqәli Xәbәrlәr