İspaniyada iki uşaq mәnşәyi məlum olmayan hepatitdәn ölüb

Bu barədə İspaniyanın  Səhiyyə Nazirliyi məlumat yayıb.

1864409
İspaniyada iki uşaq mәnşәyi məlum olmayan hepatitdәn ölüb

İspaniyada ilk dәfә mənşəyi məlum olmayan hepatitdən uşaq ölümləri qeydə alınıb.

Bu barədə İspaniyanın  Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 6 yaş və 15 aylıq iki uşaq qaraciyər transplantasiyasından sonra dünyasını dəyişib. Artıq ölkədə təxminən 46 uşaqda xəstəliyə yoluxma faktı müəyyən olunub.

İspaniya İngiltərənin Ümumdünya Səhiyyə Təşkilatına etdiyi xәbәrdarlıqdan sonra vəziyyəti yaxından izləməyə başladığını açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı iyulun 8-dәk 35 ölkədə ümumilikdə 1010 nәfәrin mənşəyi məlum olmayan hepatitә yoluxduğunu və 22 uşağın bu sәbәbdәn öldüyünü qeyd edib.

Virusun sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomları var.



Әlaqәli Xәbәrlәr