ABŞ dövlәt katibi vә Ermәnistan Baş naziri arasında görüş olub
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bəyanat yayıb.
ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağ məsələsini müzakirә edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın verdiyi yazılı açıqlamada deyilir: “Amerika Birlәşmiş Ştatları dövlәt katibi Entoni Blinken Ermәnistan Baş naziri Nikol Paşinyanla keçirdiyi görüşdә ABŞ-ın Qarabağ və onun ətrafındakı vəziyyəti izlәdiyini ifadә edib’’.
Mәlumata görә, Entoni Blinken söhbәt zamanı problelәrin dialoq yolu ilә hәll edilmәsi ilә әlaqәdar çağırış da edib.
Xatırladaq ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub, nәticәdә bir hәrbçi şәhid olub. Hücumdan sonra Azәrbaycan Ordusu bölgәdә ‘‘Qisas’’ әmәliyyatı keçirib. Әmәliyyat nәticәsindә qeyri-qanuni erməni silahlı dəstələrinә aid mövqelәr mәhv edilib, hәrbi hissәlәri havadan vurulub.