Pelosi və Kişida Tayvan boğazında sülh və sabitlik üçün işləmək barədə razılığa gəliblər

Nensi Pelosi Sinqapur, Malayziya, Tayvan və Cənubi Koreyanı ziyarət etdikdən sonra Asiya turunun son dayanacağı Yaponiyada baş nazir Kişida ilə görüşüb.

1864265
Pelosi və Kişida Tayvan boğazında sülh və sabitlik üçün işləmək barədə razılığa gəliblər

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Sinqapur, Malayziya, Tayvan və Cənubi Koreyanı ziyarət etdikdən sonra Asiya turunun son dayanacağı Yaponiyada baş nazir Kişida ilə görüşüb.

CNN-in xəbərinə görə, Çin ordusunun Tayvana səfəri səbəbilə Tayvan boğazında başlatdığı raket təlimindən sonra Yaponiyada Kişida ilə görüşən Pelosi "Çin Tayvanı beynəlxalq ictimaiyyətdən təcrid etməyə çalışır" deyib.

Çinin ABŞ rəsmilərinin Tayvana səfərinə mane olmayacağını ifadə edən Pelosi “Biz Çinin Tayvanı təcrid etməsinə icazə verməyəcəyik”. deyə bildirib.

Nümayəndələr Palatasının sədri bəyan edib ki, onun Tayvana səfəri status-kvonu qorumaq üçündür:

“Bu, Tayvan Münasibətləri Aktı, ABŞ-Çin siyasəti, münasibətlərimizi quran bütün qanunvericilik və sazişlərlə əlaqəli: Tayvan boğazında sülhün qorunması və status-kvonun saxlanması haqqındadır”.

Yaponiyanın Kyodo xəbər agentliyi xəbər verir ki, Pelosi və Kişida Tayvan boğazında sülh və sabitlik üçün işləmək barədə razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr