"Ukraynadakı müharibə ərzaq, enerji və maliyyə imkanlarına ciddi təsir göstərir", A.Quterreş

BMT-nin Baş katibi A. Quterreş Nyu-Yorkdakı qərargahda keçirilən mətbuat konfransında açıqlamalar verib.

1863688
"Ukraynadakı müharibə ərzaq, enerji və maliyyə imkanlarına ciddi təsir göstərir", A.Quterreş

Ukraynadakı müharibə ərzaq, enerji və maliyyə imkanlarına ciddi təsir göstərir.

Bunu BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən mətbuat konfransında danışan Baş katib Antonio Quterreş deyib:

"Ukraynadakı müharibə bu ölkənin əhalisinə dağıdıcı təsir göstərməkdə davam edir. Milyonlarla insan məhv edilib. Qara dənizin şimalında müharibənin törətdiyi qlobal böhranlarla mübarizə aparmaq üçün Qida, Enerji və Maliyyə Qlobal Böhrana Cavab Qrupunun (GCRG) metodlarına uyğun olaraq fəaliyyətlər davam edir".

A.Quterreş "Humanitar əməliyyatlarımız vasitəsilə Ukraynada və regionda iztirabları azaltmaq üçün əlimizdən gələni edirik. Lakin bu müharibə Ukraynadan çox-çox uzaqlarda qida, enerji və maliyyəyə çıxışa böyük və çoxölçülü təsir göstərir. Hər yerdə ev təsərrüfatlarının büdcələri, iqlim dəyişikliyi və müharibənin ciddi təsir göstərdiyi ərzaq, nəqliyyat və enerji qiymətlərinin yaratdığı sıxıntıdan təsirlənir" deyib.

Quterreş müxtəlif coğrafiyalarda mənfi təsiri hiss edilən Ukrayna müharibəsinə toxunaraq deyib ki,  haqqında, bu müharibə mənasızdır və biz hamımız bunu BMT Nizamnaməsinə uyğun olaraq danışıqlar.yolu ilə həll etmək üçün əlimizdən gələni etməliyik"

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma keçib.



Әlaqәli Xәbәrlәr