Nensi Pelosi Tayvana sәfәr edib

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin rәhbәrlik etdiyi nümayәndә heyәtini daşıyan təyyarə dünən axşam saatlarında Tayvana çatıb.

1862842
Nensi Pelosi Tayvana sәfәr edib

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin rәhbәrlik etdiyi nümayәndә heyәtini daşıyan təyyarə dünən axşam saatlarında Tayvana çatıb.

Nensi Pelosini daşıyan "Boeing C-40" hərbi təyyarəsi Tayvanın hava məkanına daxil olaraq Taypeyin Sonşan hava limanına eniş edib.

Rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edәn Nensi Pelosi Tayvan rəhbərliyi ilə danışıqlarının ortaq maraqları dəstəkləyəcəyini vurğulayıb.

"Tayvan rəhbərliyi ilə müzakirələrimiz tərəfdaşımıza dəstəyimizi bir daha təsdiqləmək və azad və açıq Hind-Sakit Okean regionunu inkişaf etdirmək də daxil olmaqla, ortaq maraqlarımızı təşviq etmək üzərində qurulacaq. Səfər ABŞ-ın Tayvan demokratiyasına verdiyi dəstəyi nümayiş etdirdi’’,-deyә Nensi Pelosi paylaşımında vurğulayıb.

Digər tərəfdən Çin Kommunist Partiyasının media orqanı olan ‘‘Global Times’’ Pelosinin təyyarəsi Tayvana yaxınlaşarkən Çinə məxsus ''S-35'' döyüş təyyarələrinin Tayvan boğazından keçdiyini bildirib.

İyulun 29-da yola düşәn Nensi Pelosi Sinqapur vә Malayziyada danışıqlar aparıb.

Xatırladaq ki, aprel ayında yeni növ koronavirusa yoluxan Nensi Pelosi Tayvana planlaşdırdığı sәfәrini lәğv etmişdi.

 



Әlaqәli Xәbәrlәr