İsrail və ABŞ Qırmızı dənizdə hərbi təlimlərə başlayıb

Xəbərdə “Təlimin son illərdə Qırmızı dənizdə fəallığı artan İrana mesaj mənası daşıdığı” vurğulanıb.

1862252
İsrail və ABŞ Qırmızı dənizdə hərbi təlimlərə başlayıb

İsrail və ABŞ-ın Qırmızı dənizdə hərbi təlimlərə başladığı açıqlanıb.
Bu barədə İsrail ordusunun sosial media hesabından məlumat verilib.

Bildirilib ki, dünən (1 avqust 2022) İsrail və ABŞ donanmasının birgə təlimi başlayıb.

İsrailin rəsmi yayım quruluşu KAN-ın xəbərinə görə, təlim 4 gün davam edəcək.

Xəbərdə “Təlimin son illərdə Qırmızı dənizdə fəallığı artan İrana mesaj mənası daşıdığı” vurğulanıb.



Әlaqәli Xәbәrlәr