Notr Dam kilsәsi 2024-cü ildә yenidәn ibadәtә açılacaq

Fransanın rәmzi vә dünyanın mәdәniyyәt incisi adlandırılan 857 illik Notr Dam kilsәsinin 2024-cü ildә yenidәn açılacağı bildirilib.

1860889
Notr Dam kilsәsi 2024-cü ildә yenidәn ibadәtә açılacaq

Fransanın rәmzi vә dünyanın mәdәniyyәt incisi adlandırılan 857 illik Notr Dam kilsәsinin 2024-cü ildә yenidәn açılacağı bildirilib.

Mədəniyyət naziri Rima Əbdül Malak 2019-cu ildə baş verən yanğın nəticəsində dağılan kilsәdә aparılan bәrpa işlәrinin 2024-cü ilədәk yekunlaşacağını vurğulayıb.

Malak tarixi Notr Dam kilsәsinin  həmin tarixdə ibadət və turizm üçün yenidən açılacağını qeyd edib.

Qeyd edәk ki, üç il әvvәl təməli 1163-cü ildə dövrün papası tərəfindən qoyulan və tikintisi 300 il davam edәn kilsәdә yanğın baş vermişdi. Yanğın nәticәsindә 857 illik kilsәyә ciddi ziyan dәymişdi.

Kilsәnin bərpası üçün 844 milyon avro yığılmışdı.



Әlaqәli Xәbәrlәr