Türkiyə Somalidə törədilən terror aktını qınayıb

Somalinin Aşağı Şabel bölgəsində törədilən iki bombalı hücum nəticəsində həyatını itirənlərin sayı 20-yə yüksəlib.

1860477
Türkiyə Somalidə törədilən terror aktını qınayıb

Merka vilayətinin rəsmisi bildirib ki, hökumət rəsmilərinin hədəfə götürüldüyü intihar hücumunda Merka Bələdiyyə Başçısı Abdullahi Əli Vafovun da daxil olmaqla 13 nəfər həyatını itirib. Çox sayda insan yaralanıb. Əfqoye şəhərindəki heyvan bazarında törədilən hadisədə isə 7 nəfər ölüb, 14 nəfər yaralanıb.

Merka şəhərində törədilən kamikadze hücumuna görə məsuliyyəti “Əş-Şəbab” terror təşkilatı üzərinə götürüb.

Türkiyə Somalinin Əfqoye və Marka şəhərlərində törədilən terror aktlarını qınayıb.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada: “Somalidə aralarında rəsmilər və mülki şəxslərin də olduğu çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən hücumları lənətləyir, həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına, dost və qardaş Somali hökumətinə və xalqına başsağlığı verir, yaralananlara təcili şəfa diləyirik”.

 



Әlaqәli Xәbәrlәr