Rusiya 39 Avstraliyalıya qarşı sanksiya tәtbiq edib

Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri də daxil olmaqla 39 Avstraliya vətəndaşına qarşı sanksiya tətbiq edib.

1857908
Rusiya 39 Avstraliyalıya qarşı sanksiya tәtbiq edib

 

Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri də daxil olmaqla 39 Avstraliya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Bu barәdә  Rusiya Xarici İşlər Nazirliyindәn verilәn bәyanatda bildirilib.

Nazirlikdən verilən yazılı açıqlamada Avstraliyanın daha əvvəl “Maqnitski qanunu” çərçivəsində Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi xatırladılıb.

“Qarşılıqlılığa əsasən, Avstraliyanın hüquq-mühafizə, sərhəd xidməti və müdafiə sektorunun nümayəndələrindən 39 nəfərin ölkəyə girişi qadağan edilib”, - deyә Rusiya Xarici İşlәr Nazirliyindәn verilәn mәlumatda vurğulanıb.



Әlaqәli Xәbәrlәr