Meksika “Estelle” qasırğasına qarşı tədbirlir görür

Sakit okean sahillərində əmələ gələn və 1-ci kateqoriyaya yüksələn “Estelle” qasırğası Meksika sahillərinə yaxınlaşır.

1856141
Meksika “Estelle” qasırğasına qarşı tədbirlir görür

TRT xarici mediaya istinadən xəbər verir ki, bu barədə Meksika Milli Meteorologiya Xidmətindən məlumat yayılıb. Bildirilib ki “Estelle” qasırğası Sakit okean sahillərindəki 6 ştatda leysan yağışları, güclü külək və çay daşqınlarına səbəb olacaq. Rəsmilər vətəndaşlara tədbirli olmaları barədə xəbərdarlıq edib.

Qasırğanın qısa müddətdə 3-cü kateqoriya səviyyəsinə çatacağı və sürəti saatda 165 kilometrə çatan küləklərlə Gerrero, Miçoakan, Kolima əyalətlərində təsirli olacağı, sakit okean sahillərində 4 metrə qədər çatacaq dalğaların yaranmasına səbəb olacağı proqnozlaşdırılıb.

Qeyd edək ki, 30 may 2022-ci ildə Meksikada Oaxaca əyalətinin sahillərinə çatan və bölgədə daşqın və sürüşmələrə səbəb olan “Aqata” qasırğası nəticəsində 9 nəfər həyatını itirib, 6 nəfər isə itkin düşüb.

 



Әlaqәli Xәbәrlәr