ABŞ-da növbəti dəfə silahlı hücum törədilib

ABŞ-ın  İndiana ştatının İndianapolis şəhərində silahlı hücum törədilib.

1855971
ABŞ-da növbəti dəfə silahlı hücum törədilib

İndiana ştatının İndianapolis şəhəri yaxınlığındakı atışma nəticəsində 3 nəfərin öldüyü, 2 nəfərin isə  yaralandığı  bildirilir.

TRT xəbər verir ki, bu barədə “BNO News” telekanalı polisə istinadən məlumat yayıb.

Məlumata görə, hücum edən şəxs ticarət mərkəzinə gələn silahlı  mülki  şəxs tərəfindən güllələnib.

Atışmanın başvermə şəraiti açıqlanmır, 22 yaşlı hücumçunun əlində tüfəngin olduğu məlumdur.

Hadisə şahidləri 20-30 atəş səsi eşitdiklərini bildiriblər.

 



Әlaqәli Xәbәrlәr