Kanada Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi

“Yeni tədbirlər yerli kompaniyaların həmin sektorlara töhfə verməsini qadağan edir”, - deyə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir

1855458
Kanada Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi

 

  Kanadanın Rusiyaya qarşı sanksiyalar siyahısına qara metallurgiya, metal məmulatlarının istehsalı, kompüterlər, elektronika, optika, elektrik avadanlıqları və nəqliyyat vasitələri, həmçinin quru nəqliyyatı və boru kəmərləri daxil edilib.

  Kanada mediası yazır ki, bundan başqa, rəsmi Ottava Rusiya iqtisadiyyatının neft-qaz, kimya və maşınqayırma sektorları ilə bağlı bir sıra sənaye xidmətlərinin göstərilməsinə də qadağa qoyub.

  “Yeni tədbirlər yerli kompaniyaların həmin sektorlara töhfə verməsini qadağan edir”, - deyə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

  Xatırladaq ki, iyul ayının əvvəlindən Kanada hakimiyyəti Rusiyanın bəzi vətəndaşlarına və təşkilatlarına qarşı sanksiyalar tətbiq edib. Onların arasında dövlətin bir sıra media qurumları, məmurlar, hətta Patriarx Kiril də var.



Әlaqәli Xәbәrlәr