Ukrayna Şimali Koreya ilə diplomatik əlaqələri kəsdi

Ukrayna Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilir...

1855214
Ukrayna Şimali Koreya ilə diplomatik əlaqələri kəsdi

 

  Ukrayna Şimali Koreya ilə diplomatik əlaqələri Donetsk və Luqanskın qondarma müstəqilliyini tanıdığını əsas gətirərək kəsib.

  Ukrayna Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilir: “Şimali Koreyanın Rusiya tərəfindən işğal etdiyi Donetsk və Luqansk bölgələrinin qondarma müstəqilliyinin tanıması qərarı”nı kəskin şəkildə qınayırıq. Rəsmi Pxenyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarşı cəhdi Birləşmiş Millətlər Təşkilatı konvensiyası və beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Buna görə də Şimali Koreya ilə diplomatik münasibətlər qeyri-dost hərəkətə cavab olaraq kəsilir”.

  Ukrayna prezidenti Volodimir Zelenski isə “Telegram” hesabından Şimali Koreyanın qərarına bütün səviyyələrdə çox sərt reaksiya verəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr