Nigeriyada qayığın batması nәticәsindә ölәnlәrin sayı 17 nәfәrә çatıb

Nigeriyanın Laqos əyalətində sərnişin qayığının batması nəticəsində ölənlərin sayı 17 nәfәrә  çatıb.

1854328
Nigeriyada qayığın batması nәticәsindә ölәnlәrin sayı 17 nәfәrә çatıb

Nigeriyanın Laqos əyalətində sərnişin qayığının batması nəticəsində ölənlərin sayı 17 nәfәrә  çatıb.

Milli Fövqəladə Hallar Agentliyinin (NEMA) Laqos üzrә  koordinatoru İbrahim Farinloye iyulun 8-də Laqos əyalətinin Ojo bölgəsi yaxınlığında İkorodu çayında batmış qayıqla bağlı aparılan  axtarış-xilasetmə әmәliyyatları zamanı daha 15 nəfərin cəsədinin tapıldığını bildirib.

Bununla da qəzada həyatını itirənlərin sayı 17 nәfәrә  yüksəlib.

Qəzada bir neçə nəfərin daha itkin düşdüyünü qeyd edən Farinloye axtarış-xilasetmə әmәliyyatlarının  davam etdirildiyini bildirib.



Әlaqәli Xәbәrlәr