Cәnubi Afrikada silahlı hücum nәticәsindә 21 nәfәr öldü

Cənubi Afrikanın Yohannesburq, Pitermaritzburq və Ekurhelleni şəhərlərindəki əyləncə məkanlarında törәdilәn silahlı hücumlar nәticәsindә azı 21 nәfәr hәlak olub.

1854237
Cәnubi Afrikada silahlı hücum nәticәsindә 21 nәfәr öldü

Cənubi Afrikanın Yohannesburq, Pitermaritzburq və Ekurhelleni şəhərlərindəki əyləncə məkanlarında törәdilәn silahlı hücumlar nәticәsindә azı 21 nәfәr hәlak olub.

Mәlumata әsasәn, Cənubi Afrikanın Yohannesburq şəhərində törәdilәn hücumda 14 nәfәr hadisә yerindә dünyasını dәyişib. Xəstəxanaya çatdırılan  9 yaralıdan 1-i dә xәstәxanada edilәn bütün tibbi müdaxilәlәrә baxmayaraq ölüb.

Xatırladaq ki, ötən ay21 gənc Şərqi Londonda bir gecə klubunda naməlum səbəbdən  öldürülmüşdü.

Ölkənin şərqindəki KvaZulu-Natal əyalətinin Pietermaritzburq şəhərində əyləncə məkanında edilәn silahlı hücum nəticəsində azı 4 nəfər həlak olub.

Yerli polis Sweetwaters rayonundakı bir restoranda namәlum şәxlәrin hәdәfsiz atәş açdığını bildirib.

Hücum nəticəsində 4 nəfərin öldüyü, 8 nəfərin isə ağır yaralandığı qeyd olunub.

Ekurheleni şəhərində törәdilәn silahlı hücumda isә 2 nәfәr hәyatını itirib.

Gauteng əyalətinin Polis İdarәsinin sözçüsü Dimakatso Sello verdiyi açıqlamada  4 naməlum şəxsin Ekurhelleni şəhərinin Katlehong rayonundakı əyləncə məkanına hücum etdiyini bildirib.

Açıqlamada təcavüzkarların hәdәfsiz atәş açtıkları, nәticәdә 2 nәfәrin öldüyü, 4 nәfәrin dә yaralandığı vurğulanıb.



Әlaqәli Xәbәrlәr