Şahbaz Şərif Türkiyə ilə ölkəsinin qardaşlıq əlaqələrinin misilsiz olduğunu bildirib

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə ilə ölkəsinin qardaşlıq əlaqələrini qarşılıqlı etimad, anlaşma və bir-birinin milli işlərinə dəstək baxımından misilsiz adlandırıb.

1853490

Pakistan Radiosunda yer alan xəbərə görə, Türkiyənin İslamabaddakı səfiri Mehmet Paçacı paytaxt İslamabadda Baş Nazirlik binasında Şahbaz Şərif tərəfindən qəbul edilib.

Şərif Türkiyə ilə qardaşlıq əlaqələrini qarşılıqlı etimad, anlayış və bir-birinin milli işlərinə dəstək baxımından bənzərsiz adlandırıb və rəsmi Ankaranın Cammu Kəşmir məsələsində İslamabada verdiyi dəstəkdən məmnunluğunu vurğulayıb.

Pakistanın Türkiyənin fundamental maraqlarına sadiqliyini bir daha vurğulayan Şahbaz Şərif qeyd edib ki, o, Prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrda İslamabadda keçiriləcək Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci Toplantısında qonaq etməyi səbirsizliklə gözləyir.

Әlaqәli Xәbәrlәr