Pakistanda leysan yağışlar nəticəsində ölənlərin sayı artıb

Pakistanın müxtəlif əyalətlərində yağan leysan yağışları nəticəsində həyatını itirənlərin sayı 62-yə yüksəlib.

1853530
Pakistanda leysan yağışlar nəticəsində ölənlərin sayı artıb

Pakistanın müxtəlif əyalətlərində yağan leysan yağışları nəticəsində həyatını itirənlərin sayı 62-yə yüksəlib.

Milli KİV-də yer alan xəbərlərə görə, leysan yağışlar Bəlucistan, Pəncab və Hayber Paxtunxva əyalətlərində və Gilgit-Baltistan bölgəsində həyata mənfi təsir göstərib.

Bəlucistanda daha 9 nəfərin ölümü ilə iyulun 5-dən bu yana həyatını itirənlərin sayı 49-a yüksəlib. Səlahiyyətlilər qeyd edib ki, bu şəxslərdən 5-i sel suları nəticəsində, 4 uşaq isə divar uçqunu altında qalaraq ölüb.

Əfqanıstan-Pakistan sərhədindəki kəndlər də su altında qalarkən, Bəlucistan və Pəncab əyalətini birləşdirən magistralın bir çox məntəqələri bağlanıb.

Güclü yağışlar nəticəsində baş verən qəzalarda Gilgit-Baltistan bölgəsində 5 nəfər, Şimali Vəziristanda 4 nəfər, Ravalpini və Qucranvala şəhərlərində hər birində 2 nəfər ölüb.

İyulun 5-dən ölkə ərazisində yağan leysan yağışlar nəticəsində həyatını itirənlərin sayı 62-yə yüksəlib.



Әlaqәli Xәbәrlәr