İtaliyada buzlaqların əriməsi nəticəsində ölənlərin sayı artıb

Alp dağlarının İtaliya hissəsindəki Marmolada yüksəkliyində buzlaqın uçması nəticəsində baş verən fəlakətdə ölənlərin sayı 9-a çatıb.

1853034
İtaliyada buzlaqların əriməsi nəticəsində ölənlərin sayı artıb

Alp dağlarının İtaliya hissəsindəki Marmolada yüksəkliyində buzlaqın uçması nəticəsində baş verən fəlakətdə ölənlərin sayı 9-a çatıb.
İtaliyanın "ANSA" agentliyinin xəbərində axtarış-xilasetmə qruplarının dağda buz kütləsinin sındığı yerdə apardıqları axtarış-xilasetmə fəaliyyətləri zamanı bəzi qalıqlara çatdığı və təsdiqlənmiş ölənlərin sayının 9-a yüksəldiyi bildirilib.
Qeyd olunub ki, tapılan qalıqların iyulun 3-də baş verən təbii fəlakət zamanı bölgədə olan alpinistlərə aid olub-olmadığını müəyyən etmək və itkin düşənlərin tapılması istiqamətində araşdırmalar davam edir. Hadisədə yaralananların sayı isə 7 nəfər olaraq qeyd edilib. 
Digər tərəfdən, Canazei şəhərinin meri Covanni Bernard Marmolada yüksəkliyində baş verən fəlakətdən sonra yeni buz çökmələri, qar uçqunları və sürüşmə riski səbəbindən dağın bəzi riskli hissələrinə girişə qadağa qoyub.
Bu arada,  hadisə zamanı dağda neçə nəfərin olduğu ilə bağlı İtaliya mətbuatında 20 ilə 30 arasında dəyişən rəqəmlər verilir.
Xatırladaq ki, iyulun 4-də Marmolada dağ massivində buzlaqın əriməsi nəticəsində qar, qaya və buz uçqunları baş verib.
Uçqun turist qruplarının dırmaşdığı yamacı örtüb.
Faciyəyə səbəb anomal isti hava şəraiti olub. Yüksəklikdə havanın temperaturu +10 dərəcə olub.



Әlaqәli Xәbәrlәr