Böyük Britaniya Tehrandakı diplomatlar ilə əlaqəli iddiaları təkzib edib

İngiltərə Xarici İşlər Nazirliyi, Tehrandakı səfirin müavini Giles Whitaker-in  saxlandığına dair xəbərləri təkzib edib.

1853093
Böyük Britaniya Tehrandakı diplomatlar ilə əlaqəli iddiaları təkzib edib

Böyük Britaniya Xarici İşlər Nazirliyin sözçüsü Sky News-a açıqlamasında ölkəsinin Tehrandakı səfir müavin Giles Whitaker-in İranda raket sınağının keçirildiyi ərazidə torpaq nümunələri topladığı səbəbi saxlanıldığına dair xəbərlərin əsassız olduğunu bildirib.

Sözçü : “İranda Britaniya diplomatının saxlanması ilə bağlı xəbərlər tamamilə əsassızdır”.

Xatırladaq ki, İran xəbər agentliyi Tasnim, Britaniyanın tehrandakı səfirinin müavini Whitaker və onu müşaiyət edən bir neçə diplomatın Kirman əyalətindəki Şahdad səhrasında raket sınaqlarının keçirildiyi ifadə edilən qadağan olunmuş ərazidən torpaq nümunələri götürdükləri səbəbi ilə İnqilab Keşikçiləri tərəfindən nəzarətə alındığını açıqlamış və içində hadisə ilə əlaqəli görüntülərin olduğunu, diplomatın ölkədən çıxarılacağını irəli sürmüşdü.



Әlaqәli Xәbәrlәr