Boris Conson istefa verib

Böyük Britaniyanın Baş naziri Boris Conson partiyasının liderliyindən istefa verdiyini və yeni lider seçilənə qədər baş nazir vəzifəsini davam etdirəcəyini açıqlayıb.

1853387
Boris Conson istefa verib

Böyük Britaniyanın Baş naziri Boris Conson partiyasının liderliyindən istefa verdiyini və yeni lider seçilənə qədər baş nazir vəzifəsini davam etdirəcəyini açıqlayıb.

Boris Conson açıqlamasında deyib:

"Yeni lider vəzifəyə gələnə qədər mən vəzifəmi davam etdirəcəyəm. Ailəmə, dostlarıma və vəzifəmi yerinə yetirərkən yanımda olan Britaniya xalqına təşəkkür etmək istəyirəm. Baş nazirlik prosesi mənim üçün çox vacib və ibrətamiz oldu".

Qeyd edək ki, səhiyyə naziri Sacid Cavid və maliyyə naziri Rişi Sunak dünən istefa verdiklərini açıqlayıblar.

Cavid artıq vəzifəsini vicdanla davam etdirə bilməyəcəyini bildirib və Consona etibar etmədiyi üçün istefa verib.

Səhiyyə nazirinin istefa qərarından qısa müddət sonra da maliyyə naziri Sunak istefa verdiyini açıqlayıb.

İki nazirin istefa qərarı Consonun Mühafizəkar deputat və Partiya Qrupu lideri Chris Pincherə qarşı təzyiq ittihamlarından xəbərdar olmasına baxmayaraq, ona tapşırdığı vəzifəyə görə "dərin təəssüf hissi keçirdiyini" söyləməsindən sonra verilib.

Baş nazirin 10 nömrəli ofisi daha əvvəl Consonun Pinçerə qarşı təzyiq iddialarından xəbəri olmadığını bildirmişdi. Lakin sonradan məlum olub ki, Consona 2019-cu ildə dövlət katibi olduğu müddətdə Pinçerlə bağlı şikayətlər barədə məlumat verilib.

Nazirlər istefaya getməzdən bir qədər əvvəl Conson Pinçerdən tapşırığına görə üzr istəyib və çox təəssüfləndiyini bildirib.

Baş nazirin 10 nömrəli ofisində yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı karantin qaydalarını pozan əyləncə təşkil  edilməsi səbəbindən Conson tənqid və istefa təzyiqi altında idi.

Bu əyləncələrdən birinə görə də cərimələnən Conson öz partiyasının bəzi millət vəkilləri və müxalifət tərəfindən parlamentə yalan danışmaqda günahlandırılıb.

Onun lideri olduğu Mühafizəkarlar Partiyası daxilində iyunun 6-da etimad səsverməsi keçirildi, lakin Conson 148 əleyhinə 211 səslə qalib gəldi.

Partiya daxilində etimad səsverməsi qazanmasına baxmayaraq, Consonun siyasi gələcəyinin təhlükə altında olduğu barədə şərhlər edildi.



Әlaqәli Xәbәrlәr