ABŞ Əfqanıstanı əsas müttəfiq statusundan çıxarmaq istəyir

ABŞ Prezidenti Cozef Bayden Konqresə Əfqanıstanın “NATO üzvü olmayan əsas müttəfiq” statusundan çıxarılacağı barədə məlumat verib.

1853008
ABŞ Əfqanıstanı əsas müttəfiq statusundan çıxarmaq istəyir

ABŞ Prezidenti Cozef Bayden Konqresə Əfqanıstanın “NATO üzvü olmayan əsas müttəfiq” statusundan çıxarılacağı barədə məlumat verib.

C.Bayden bu qərarını ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə yazdığı məktubda bildirib. 

Bayden məktubunda “1961-ci il tarixli Xarici Yardımlar üzrə qanunun 517-ci maddəsinə uyğun olaraq Əfqanıstanı NATO üzvü olmayan əsas müttəfiq statusundan çıxarmaq niyyətimi bununla sizə bildirirəm” ifadəsini işlədib.

Qeyd edək ki, Əfqanıstan ABŞ-ın 44-cü Prezidenti Barak Obama tərəfindən 2012-ci ildə “NATO üzvü olmayan əsas müttəfiq” kimi tanınıb.

ABŞ-ın bu günə qədər “NATO üzvü olmayan əsas müttəfiq” kimi tanıdığı 20 ölkə var.

1987-ci ildə ölkədə ilk dəfə qəbul edilən qanunla o zamankı ABŞ Prezidenti Ronald Reyqan Avstraliya, Misir, İsrail, Yaponiya və Cənubi Koreyanı bu kateqoriyaya daxil edib.

Körfəz regionundan isə Bəhreyn və Küveyt ABŞ-ın keçmiş prezidentlərindən Corc Buş tərəfindən bu kateqoriyaya daxil edilib.

Son olaraq ABŞ Prezidenti Bayden Qətər və Kolumbiyanı bu kateqoriyaya salıb.



Әlaqәli Xәbәrlәr