Yaponiyada anomal istilərdən 17 nəfər ölüb

Yaponiyada iyun ayında  anomal istilərdən 17 nəfərin öldüyü bildirilir.

1852836
Yaponiyada anomal istilərdən 17 nəfər ölüb

Yaponiyada iyun ayında  anomal istilərdən 17 nəfərin öldüyü bildirilir.

Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyindən verilən açıqlamada bildirilib ki, ötən ay ölkədə günvurma şikayəti ilə xəstəxanaya 15 657 nəfər müraciət edib.

Açıqlamada xəstəxanaya müraciət edən 17 nəfərin  anomal istilərdən sutka ərzində dünyasını dəyişdiyi bildirilib.

Paytaxt Tokioda keçən həftə temperaturun 36,4 dərəcəyə yüksəldiyi vurğulanaraq, son 147 ilin ən yüksək temperaturlarının ayın son həftələrində yaşandığı qeyd edilib.

Xatırladaq ki, ölkədə 2011-ci ildə həddindən artıq istilər səbəbindən 6 min 980 nəfər xəstəxanaya yerləşdirilib, 14 nəfər dünyasını dəyişib.


Etiketlәr: #anomal istilər

Әlaqәli Xәbәrlәr