Rusiya vә Özbәkistan prezidentlәri arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin Özbəkistan prezidenti Şavkət Mirziyoyev ilə Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasındakı vəziyyəti müzakirə edib.

1852619
Rusiya vә Özbәkistan prezidentlәri arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin Özbəkistan prezidenti Şavkət Mirziyoyev ilə Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasındakı vəziyyəti müzakirə edib.

Kremldən verilən məlumata görə, Vladimir Putin vә Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Qaraqalpaqıstandakı vəziyyətin müzakirə olunduğu görüşdə Rusiya tərəfinin Özbəkistan administrasiyasının regionda vəziyyətin sabitləşdirilməsi ilə bağlı təşəbbüslərini dəstəklədiyi bildirilib.

İkitərəfli münasibətlərin də müzakirə olunduğu görüşdə Putin və Mirziyoyev gələcəkdə ölkələri arasında tərəfdaşlığın gücləndirilməsinin tərəfdarı olduqlarını vurğulayıblar.

Qeyd edәk ki, iyulun 1-də Özbəkistan Konstitusiyasında Qaraqalpaqıstan Muxtar Respublikasının statusu ilə bağlı maddələrə dəyişiklik edilməsi ilə bağlı bəzi təkliflərin gündəmə gətirilməsindən sonra Qaraqalpaqıstanda etiraz aksiyaları keçirilib.

Özbəkistan Daxili İşlər Nazirliyi sözügedən nümayişlərin ölkə konstitusiyasında edilməsi nəzərdə tutulan dəyişiklikləri “səhv şərh edən” bir qrup vətəndaş tərəfindən təşkil edildiyini açıqlayıb.

Özbəkistan prezidenti Mirziyoyev nümayişlərin keçirildiyi Nukus şəhərinə gedәrәk oradaki  vətəndaşlarla görüşüb və Qaraqalpaqıstanın statusunun dəyişdirilməyəcəyini bəyan edib.

Nümayişlərin davam etməsi ilə əlaqədar Mirziyoyevin imzaladığı fərmanla avqustun 2-dək Qaraqalpaqıstan Muxtar Respublikasında fövqəladə vəziyyət elan edilib.

Özbəkistan Baş Prokurorluğu baş verәn hadisәlәr nәticәsindә 18 nəfərin öldüyünü, 243 nəfərin yaralandığını, 516 nəfərin saxlandığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr