Nepalda avtobus qәzaya uğrayıb, ölәn vә yaralananlar var

Bu barədə Rameçhap rayon polisi Raj Kumar Teenq bildirib.

1852356
Nepalda avtobus qәzaya uğrayıb, ölәn vә yaralananlar var

Nepalın Rameçhap bölgəsində paytaxt Katmanduya gedən sərnişin avtobusu qəzaya uğrayıb.

Bu barədə Rameçhap rayon polisi Raj Kumar Teenq bildirib.

Qəza nəticəsində 9 nəfər hadisə yerində, 4-ü isə Dhulikhel xəstəxanasında dünyasını dəyişib.

Qəzada yaralanan 19 nəfərin Dhulikhel xəstəxanasında müalicəsi davam edir.

Polis hadisədən sonra verdiyi açıqlamada qəzanın səbəbinin hələlik aydınlaşdırılmadığını deyib.



Әlaqәli Xәbәrlәr